7NEWS.az xəbər verir ki, Almaniyada polis Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan və Avropa Birliyinin sanksiya siyahısında olan iş adamı Əlişir Usmanovun yaxtasına bu dəfə villalardan sonra basqın edib. Frankfurt əyalət prokurorluğundan verilən açıqlamada, çirkli pulların yuyulması, vergidən yayınma və sanksiyaları pozma şübhələri ilə aparılan istintaq çərçivəsində yaxtada geniş axtarış aparıldığı qeyd edilib. Keçən həftə sərvəti 15,3 milyard avro dəyərində qiymətləndirilən 69 yaşlı Əlişir Usmanov tərəfindən Almaniyanın Tegernsee şəhərində üç villa və digər 23 mülkdə axtarış aparılıb.
7NEWS.az