Alman sənayesi çətin duruma düşüb

OXUNUB: 535 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Ukrayna müharibəsinə görə Rusiya ilə ticarət əlaqələrinə yenidən baxan Almaniya ağır sınaqlarla üz-üzədir. Avropanın ən böyük sənaye ölkəsi nikel kimi qiymətli xammal üçün Rusiyaya alternativ axtarır.
Almaniyanın Rusiya ilə iqtisadi əlaqələri ilə bağlı müzakirələrin mərkəzində neft və təbii qaz dayanır. Səbəb aydındır: Almaniya Rusiyadan ən çox neft və təbii qaz alan Avropa ölkəsidir. Lakin enerji Almaniyanın Rusiyadan asılı olduğu yeganə sahə deyil.
Əksər alman şirkətlərinin istehsalı davam etdirə bilməsi Rusiyadan aldıqları nikel, palladium, mis və xrom kimi xammalın fasiləsiz təchizatından asılıdır.

İcmal.az

RƏYLƏR