7NEWS.az xəbər verir ki, Almaniyada izləmə və kəşfiyyat sistemləri inkişaf etdirən Rheinmetall şirkəti, minimum sayda personalla böyük əraziləri müşahidə etmək imkanı təklif edən avtomatik kəşfiyyat sistemlərini Ukraynaya tədarük etməyə başladığını açıqlayıb.
Kəşfiyyat sistemlərinə gecə-gündüz funksiyalı mobil müşahidə qüllələri, avtopilot mini PUA-lar, idarəetmə sistemləri və nəqliyyat vasitələrinin daxil olduğunu bildirən şirkət, satınalmanın SurveilSPIRE müşahidə qüllələri istehsal edən Eston DefSecIntel şirkəti ilə birlikdə həyata keçirildiyini qeyd edib.
7NEWS.az