Avropada son vaxtlar artan enerji qiymətləri şirkətləri xərcləri azaltmağa məcbur edir. Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada şirkətlərin dörddə biri işçilərini ixtisar edəcəklərini açıqlayıb.
7NEWS.az xəbər verir ki, Almaniyada 1080 şirkət arasında aparılan sorğuya görə, şirkətlərin təxminən 25 faizi qənaət etmək üçün işçi qüvvəsini ixtisar edəcək. Aprel ayında aparılan sorğuda bu rəqəm yüzdə 14 idi. İqtisadi Tədqiqatlar İnstitutunun (IFO) sorğusuna əsasən, Almaniyanın hər üç şirkətindən yalnız birinin enerji böhranı ilə bağlı fövqəladə vəziyyət planı var. Münhendə yerləşən Stiftung Familienunternehmen tərəfindən sorğuda iştirak edən kiçik və ya orta biznesin əksəriyyətinin 90 faizi "qiymətlərini planlaşdırdıqlarını və ya artıq artırdıqlarını" söylədi.
7NEWS.az