7NEWS.az xəbər verir ki, Almaniya Bundestaqında ABŞ-dan F-35 döyüş təyyarələrinin alınması da daxil olmaqla 100 milyard avroluq xüsusi fonddan maliyyələşdiriləcək müdafiə layihələri müzakirə edilib. Bundestaqda qəbul edilən qərarlara görə, Almaniya ABŞ-dan 35 ədəd F-35 qırıcısı alacaq. Buna görə, 2028-ci ildən etibarən xidmətə girməsi gözlənilən gizli təyyarələrin dəyərinin ehtiyat hissələri ilə birlikdə təxminən 10 milyard avro olacağı açıqlanıb. F-35-lər hazırda köhnəlmiş hesab edilən Tornado tipli döyüş təyyarələrini əvəz edəcək. Alman F-35 pilotlarının da 2026-cı ildə ABŞ-da təhsil alması planlaşdırılır. İlk F-35-lər 2027-ci ildə Almaniyada yerləşdiriləcək və ilk əməliyyat mərhələsi 2028-ci ildə həyata keçiriləcək.
7NEWS.az