Almaniya-Fransa münasibətlərində “enerji” gərginliyi yaşanıb

OXUNUB: 287 Özəl DÜNYA İQTİSADİYYAT
Parisdə görüşən Makron və Şolz 3 saatlıq görüşün sonunda birgə mətbuat konfransı və ya açıqlama verməyib. İki ölkə arasında əsasən enerji və müdafiə siyasətində ciddi problemlər var.

7NEWS.az xəbər verir ki, Avropa İttifaqının iki mühüm ölkəsi olan Almaniya və Fransa arasında enerji böhranı səbəbindən başlayan gərginlikdə üfüqdə bir yumşalma görünmür. Dünən Parisdə görüşən Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz üç saatlıq görüşün sonunda birgə mətbuat konfransı və ya açıqlama verməyib. "Biz Avropanın enerji təchizatı, artan enerji qiymətləri və ümumi müdafiə siyasəti haqqında danışdıq", - Olaf Scholz "Twitter” hesabında yazıb. Fransa və Almaniyanın hökumət dairələri "intensiv və mühüm görüş” kimi ümumi bəyanatla kifayətləndilər. Əslində, dünən iki ölkənin nazirlərinin illik birgə iclası keçirilməli idi, lakin iki ölkə arasında yaranan gərginlik səbəbindən ləğv olundu. Makron Almaniyanı enerji böhranında "təkbaşına hərəkət etməkdə” ittiham edir. O, eyni zamanda, ümumi müdafiə siyasətində Fransanı da istisna etdiyini düşünür. Alman mediası iki ölkənin heç vaxt belə böhran yaşamadığını şərh edir.


RƏYLƏR