Böyük Britaniyada inflyasiya son 41 ilin ən yüksək səviyyəsinə çatıb

OXUNUB: 243 Özəl DÜNYA İQTİSADİYYAT
Böyük Britaniyada inflyasiya, xüsusilə enerji və ərzaq qiymətləri ilə yüksəlməyə davam edərək, oktyabr ayında illik 11,1 faizlə 41 ildə pik həddinə çatdı.

7NEWS.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, oktyabr ayında ölkədə İstehlak Qiymətləri İndeksi (CPI) aylıq 2 faiz, illik müqayisədə isə 11,1 faiz artıb. Sentyabr ayında yüzdə 10,1 artan TÜFE üçün gözlənti, oktyabr ayında yüzdə 10,7 artacağı idi.

ONS, qida və alkoqolsuz içkilərin qiymətlərinin 1977-ci ildən bəri ən sürətli artım göstərdiyini bildirib.

7NEWS.az

RƏYLƏR