Rusiya taxıl sazişində iştirakını DAYANDIRIB

OXUNUB: 359 Özəl DÜNYA İQTİSADİYYAT
Rusiya Ukrayna limanlarında qida gəmilərinin dəhliz yaradaraq dünya bazarına açılmasını əhatə edən Taxıl Göndərmə Sazişindən çıxdığını açıqlayıb.

7NEWS.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Moskva Ukrayna limanlarından ərzaq və gübrə daşınmasını nəzərdə tutan taxıl sazişində iştirakını dayandırıb.

Nazirlik Ukraynanın Krımın Sevastopol şəhərində Rusiyaya məxsus hərbi və mülki gəmilərə hücum etdiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov "Kiyev administrasiyası Sevastopol bazasında Rusiya Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə qarşı terror aktı həyata keçirib” dedi.

7NEWS.az

RƏYLƏR