Almaniya iqtisadiyyatı dördüncü rübdə 0,2 faiz kiçildi

OXUNUB: 230 Özəl DÜNYA
2022-ci ilin son rübündə Almaniya iqtisadiyyatı enerji böhranı və rekord inflyasiya səbəbiylə əvvəlki rüblə müqayisədə 0,2 faiz kiçildi.

7NEWS.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) qabaqcıl məlumatlarına görə Almaniyada mövsüm və təqvim təsirlərindən təmizlənmiş ÜDM son rübdə bir əvvəlki rüb görə yüzdə 0,2 azaldı. Bazarlarda Almaniya iqtisadiyyatının son rübdə yüzdə 0,3 daralması gözlənilirdi. Üçüncü rübdə Almaniya iqtisadiyyatı əvvəlki rüblə müqayisədə 0,5 faiz artıb.

Ölkənin ÜDM-i 2022-ci ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artıb.

7NEWS.az

RƏYLƏR