Almaniya parlamenti yezidlərə qarşı cinayətləri “soyqırım” kimi tanıdı

OXUNUB: 214 Özəl DÜNYA
Almaniya parlamenti yezidilərə qarşı cinayətlərin "soyqırım” kimi tanınmasını ehtiva edən təklifi qəbul edib.

7NEWS.az xəbər verir ki, parlament üzvləri yezidlərə qarşı cinayətlərin "soyqırım" kimi tanınması təklifini müzakirə ediblər. Təklifi imzalayan qanunvericilər Almaniya hökumətini soyqırımın siyasi və hüquqi həlli üçün mövcud beynəlxalq və milli strukturları dəstəkləməyə davam etməyə və BMT-nin xüsusi istintaq qrupu olan UNITAD-ın səlahiyyətlərini gücləndirməyə çağırıblar.

Qətnamədə 2014-cü ildə xüsusilə Şimali İraqda 5 mindən çox yezidin İŞİD tərəfindən işgəncələrə məruz qalaraq vəhşicəsinə öldürüldüyü bildirilib.

7NEWS.az

RƏYLƏR