7NEWS.az xəbər verir ki, Almaniyada enerji bazarını tənzimləyən Federal Şəbəkə Agentliyinin (Bundesnetzagentur) rəhbəri Klaus Müller təbii qazdan istifadədə daha çox qənaət etməyə çağırıb.
Bundesnetzagentur prezidenti Klaus Müller "Tagesspiegel" qəzetinə verdiyi açıqlamada, qarşıdakı aylarda problem yaşanmaması üçün qənaətin 20 faizə yüksəlməsi lazım olduğunu bildirib.
Müller açıqlamasında, "Hazırda ümumi qənaət cəmi 13 faizdir. Əgər bu, normadan kənarda qalsa, hələ narahat olmağa dəyməz. Amma hava bir neçə gün soyuq qalacaq. Ona görə də qənaət səylərimizi zəiflətməməyimiz və saxlamaq vacibdir” deyə bildirib.
7NEWS.az