Almaniya Ukraynaya yeni hərbi yardım edib

OXUNUB: 274 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Pistorius, ABŞ-ın rəhbərliyi ilə yaradılmış Ukrayna Müdafiə Əlaqə Qrupunun oktyabrın 11-də Brüsseldə keçiriləcək iclasından əvvəl verdiyi açıqlamada Almaniyanın Ukraynaya hava hücumundan müdafiə, sursat və tanklarla dəstəyini davam etdirəcəyini bildirib. . Yardım paketinin qışın əvvəlində kritik infrastrukturu qorumaq və daha çox hərbi dəstək vermək üçün edildiyini ifadə edən Pistorius paketin cəmi 1 milyard avro dəyərində olacağını vurğuladı. Nazir Pistorius bəyan edib ki, Ukrayna xüsusi təyinatlıları 20 milyon avrodan çox dəyərində avtomobil, silah və şəxsi texnikadan ibarət hərtərəfli dəstək paketi ilə daha da gücləndiriləcək.

7NEWS.az

RƏYLƏR