Almaniya vətəndaşlığına keçidi asanlaşdıran qanun layihəsi hazırdır

OXUNUB: 223 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Almaniya hökuməti əcnəbilərin vətəndaşlığa qəbulunu asanlaşdırmağı planlaşdırır. Bu çərçivədə Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan layihənin təsdiq olunmaq üçün müvafiq nazirliklərə göndərildiyi bildirilib. Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) qurduğu hökumətin koalisiya razılaşmasında vətəndaşlıq qanununda islahatların aparılması nəzərdə tutulurdu. Almaniyanın dpa xəbər agentliyinin xəbərinə görə, planlaşdırılan qanun dəyişikliyi ilə Almaniya vətəndaşlığını almaq istəyən əcnəbilər vətəndaşlıqdan imtina etməli olmayacaqlar. Bu, Almaniya vətəndaşlığını əldə etmək istəyən miqrant keçmişi olanların ikili vətəndaşlığa keçməsinə yol açır

7NEWS.az

RƏYLƏR