Almaniyada dövlət çevrilişi cəhdi ilə bağlı məhkəmə prosesi keçiriləcək

OXUNUB: 222 Özəl DÜNYA
Almaniyada səhiyyə nazirini oğurlamaqda və hökuməti devirmək planında ittiham olunaraq həbs edilən şübhəlilərin məhkəməsi başlayacaq. Təqsirləndirilən şəxslər terror təşkilatı yaratmaqda ittiham olunurlar.

7NEWS.az xəbər verir ki, Almaniyada hökuməti devirməyi planlaşdırmaqda və səhiyyə naziri Karl Lauterbaxı qaçırmaqda şübhəli bilinərək həbs edilən biri qadın olmaqla 5 nəfərin məhkəməsi başlayacaq. Müttəhimlər terror təşkilatı yaratmaq və ya üzv olmaqda və federal hökuməti devirməyə cəhddə ittiham olunurlar.

Federal Prokurorluqdan verilən açıqlamada, ötən ilin aprel və oktyabr aylarından bəri nəzarətdə olan şübhəlilərin məhkəməsinin Koblenz Ali Regional Məhkəməsində keçiriləcəyi açıqlanıb.

Prokurorluğun ittihamnaməsində müttəhimlər federal hökumətə qarşı "son dərəcə xain cəhd hazırlamaqda” ittiham olunurlar.

7NEWS.az

RƏYLƏR