Rusiya-Ukrayna müharibəsinin yaratdığı enerji böhranı zamanı çətin günlər yaşayan Almaniyada bir çox sahədə enerjiyə qənaət tədbirləri gücləndirilir, ictimai binalarda və kilsələrdə otaq temperaturu 19 dərəcə ilə məhdudlaşdırılır.
7NEWS.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibənin yaratdığı enerji böhranı qışın gəlişi ilə daha da böyüyür. Təbii qaz ehtiyacının böyük hissəsini Rusiyadan qarşılayan Almaniya Rusiyaya tətbiq etdiyi embarqolar səbəbindən çətin günlər yaşayır. Qış mövsümünün gəlişi ilə mümkün olan hər sahədə enerji qənaəti tədbirlərini həyata keçirməyə başlayan Almaniyada alınan qərarlara görə ictimai binalar, universitetlər, kilsələr və hətta federal parlament də maksimum 19 dərəcəyə qədər qızdırıla bilər. Bəzi müəssisələrdə bu temperatur daha da aşağı ola bilər.
Almaniya Bundestaqı da enerjiyə qənaətin həyata keçirildiyi məqamlar arasında idi. Artıq Bundestaq deputatlarının kabinetlərində isti su yoxdur. Parlamentin palatalarındakı 1800 elektrik çaydanı söndürülüb. İsti su yalnız tualetlərdə və kommunal çay/qəhvə sahələrində mövcuddur.
7NEWS.az