Almaniyada inflyasiya 7,9 faiz oldu

OXUNUB: 330 Özəl DÜNYA
Almaniyada 2022-ci il üçün inflyasiya 7,9 faiz olaraq açıqlanıb. Bu, Almaniyada qeydə alınan ən yüksək inflyasiya göstəricisidir. 

7NEWS.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin açıqladığı məlumatlara görə, 2022-ci ildə inflyasiya 7,9 faiz olaraq hesablanıb. 1951-ci ildə Almaniyada 7,6 faizlə tapılıb ki, bu da bu nisbətə ən yaxın rəqəmdir. Şərqi və Qərbi Almaniyanın yenidən birləşməsindən sonra ölkədə heç vaxt bu qədər yüksək inflyasiya qeydə alınmamışdı. 

İstehlak qiymətləri 2021-ci ildə orta hesabla 3,1 faiz artıb. Ancaq sonrakı dövrdə artan enerji xərclərinin təsiri ilə maya dəyəri rekord səviyyədə artdı. Bu da inflyasiyaya təkan verdi. 

7NEWS.az

RƏYLƏR