7NEWS.az xəbər verir ki, Almaniyada fəaliyyəti qadağan edilən və terror təşkilatı kimi xarakterizə edilən Livan Hizbullahına dəstək verməkdə şübhəli bilinən Hamburq İslam Mərkəzi (İHM) və ona bağlı 5 dərnəyə qarşı yeddi ştatda əməliyyat keçirilib. Federal Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, Hamburq, Aşağı Saksoniya, Hessen, Baden-Vürtemberq, Bayern, Berlin və Şimali Reyn-Vestfaliya əyalətlərində 54 məntəqəyə basqın və axtarış aparılıb. Açıqlamada, dərnəklər qanunu çərçivəsində Hamburq İslam Mərkəzi və digər 5 dərnəyə qarşı araşdırma aparıldığı bildirilib.
7NEWS.az