Almaniyada kürdlərlə toqquşma: azı 15 polis yaralandı - FOTO

OXUNUB: 758 DÜNYA

Almaniyanın Düsseldorf şəhərində etiraz aksiyası keçirən kürdlər və polis əməkdaşları arasında qarşıdurma olub, saxlanılanlar var.

APA-nın "Spiegel"ə istinadən verdiyi xəbərə görə, məhkəmənin bir gün əvvəl aksiyada PKK  lideri Abdulla Ocalanın şəklinin nümayiş etdirilməsinə qadağa qoymasına baxmayaraq, etirazçılar terrorçuların başçısının rəsminin əks olunduğu  bayraq və ya bannerlər qaldırıblar.     

Kürdlər aksiyanı dağıtmağa cəhd edən polis əməkdaşlarını daşqalaq edib. Asayiş keşikçiləri buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma zamanı bir neçə etirazçı saxlanılıb.     

 

Etiraz aksiyası keçirən kürdlər və polis əməkdaşları arasında qarşıdurma nəticəsində azı 15 asayiş keşikçisi xəsarət alıb. "RİA Novosti" xəbər verir ki, onlardan 3-nün vəziyyəti ağırdır. 

Xatırladaq ki, kürdlər sentyabrın 16-da Köln şəhərində icazəli etiraz aksiyası keçiriblər. Almaniyanın Ankaradakı səfiri bununla əlaqədar Türkiyə XİN-ə çağırılmışdı. 

Almaniyada kürdlərlə toqquşma: azı 15 polis yaralandı - FOTO

  Almaniyada kürdlərlə toqquşma: azı 15 polis yaralandı - FOTO

İcmal.Az

RƏYLƏR