Almaniyanın cənubundakı Reutlingen şəhərində qocalar evində baş verən yanğında ilkin məlumata görə, 3 nəfər ölüb. 30-a yaxın insanın qaldığı qocalar evində baş verən yanğında onlardan 2-nin ağır yaralandığı bildirilib.
7NEWS.az xəbər verir ki, Polisdən verilən açıqlamada psixi problemi olan insanların qaldığı qocalar evində baş verən yanğında 3 nəfərin həyatını itirdiyi, 2 nəfərin isə ağır yaralandığı bildirilib. Çoxlu yanğınsöndürənlərin göndərildiyi qocalar evində 30-a yaxın adamın qaldığı bildirilib. Yanğınla bağlı genişmiqyaslı araşdırmalara başlanıldığı bildirilib.
7NEWS.az