Almaniyada “Şengen” dövrü başa çatır

OXUNUB: 260 Özəl DÜNYA
Almaniya, Polşa və Çexiya sərhədlərində səyyar yoxlamaların başlanması ilə daxili sərhədləri ləğv edən Şengen sazişinin əsas prinsipləri yenidən sual altına alınıb.

7NEWS.az xəbər verir ki, Almaniyanın Polşa və Çexiya sərhədlərində mobil sərhəd nəzarətinə başlaması daxili sərhədlərin ləğvini nəzərdə tutan Şengen sazişinin əsas prinsipinin yenidən qiymətləndirilməsi ilə bağlı müzakirələrə səbəb olub. Şengen sazişi vətəndaşların sərbəst hərəkət hüququnu qorumaq məqsədi daşıyır və buna görə də ölkələr arasında daxili sərhədlərdə heç bir nəzarətin olmamasını təmin edir. Bununla belə, saziş ictimai asayiş və ya daxili təhlükəsizliyə təhdidlərlə bağlı hallarda sərhəd nəzarətinin müvəqqəti bərpasını nəzərdə tutan xüsusi maddələrdən ibarətdir.

7NEWS.az

RƏYLƏR