Almaniyada teleqramların göndərilməsi dövrü başa çatıb

OXUNUB: 362 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Almaniyanın Poçt İdarəsi Deutsche Post, ölkədə teleqramların göndərilməsinin yeni ildən etibarən sona çatdığını açıqladı. Şirkətdən verilən açıqlamada son illərdə ayda orta hesabla 200-300 teleqramın göndərildiyi, anım məqsədi ilə sonuncu dəfə Yeni il ərəfəsində 3 min 228 teleqramın göndərildiyi bildirilib. Son illərdə Almaniyada 160 simvola qədər teleqramın göndərilməsi ən azı 12,57 avroya (13,31 dollar) başa gəlir.


RƏYLƏR