Almaniyanın büdcəsi ardıcıl üçüncü dəfə kəsirlə üzləşdi

OXUNUB: 195 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Almaniyada 2022-ci ildə dövlət büdcəsi ardıcıl üçüncü dəfə kəsirlə üzləşib. Rusiyanın Ukraynada başlatdığı və təxminən 101 milyard 300 milyon avro büdcə kəsirinə səbəb olan müharibənin nəticələri göstərilir. 

İdarənin açıqlamasında bildirilir ki, dövlət büdcəsində gəlirlər 1 trilyon 820 milyard 800 milyon avro olaraq qeyd edilərkən, xərclər 1 trilyon 922 milyard 100 milyon avro olub. Gəlirlərin 6,4 faiz, xərclərin isə 4,1 faiz artması büdcə kəsirinin əvvəlki ilə nisbətən aşağı düşməsində təsirli olmuşdur. 

7NEWS.az

RƏYLƏR