“Altmışa yaxın ölkədə yaşayan azərbaycanlılar geri qayıtmaq istəyirlər” – XİN sözçüsü

OXUNUB: 705 Özəl SOSİAL

Pandemiyanın dünyanı cənginə alması əksər ölkələrdə fövqəladə vəziyyətin elan edilməsinə zərurət yaradıb. Belə olan halda isə ölkə xaricində olan şəxslərin öz vətənlərinə qayıtması mümkün olmayıb.

Bu hal Azərbaycanda da yaşanıb. Dünyanın dörd bir tərəfindən yurda dönmək üçün edilən müraciətlərə baxmayaraq, xüsusi karantin rejimi ilə əlaqədar insanlar geri qayıda bilmirlər. Maraqlıdır, xarixdə qalan Azərbaycan vətəndaşları ölkəyə nə vaxt gətiriləcək? 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Yenisabah.az-a açıqlamasında bildirib ki, aprelin 20-dək hər hansı geri qaytarılmadan söhbət gedə bilməz: "Aprelin 5-dən 20-dək karantin rejimidir və ölkəyə giriş-çıxış müvəqqəti olaraq dayandırılıb. 20 apreldən sonra mövcud vəziyyətə uyğun olaraq qərar veriləcək. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mütəmadi məlumat verir. Mövcud vəziyyətin nə qədər uzanacağı ilə bağlı hökumət tərəfindən müvafiq qərar qəbul olunacaq və ona uyğun təxliyyə planları davam etdiriləcək. Bugünədək çarter reysləri vasitəsilə 15 mindən çox azərbaycanlı geri qaytarılıb. Geridə qalan vətəndaşlarımız isə XİN-ə zəng edib gəlmək istədiklərini bildirirlər, biz isə məlumatı hazırlayırıq. Qərardan sonra vətəndaşlarımızın mövcud qrafik üzrə geri qaytarılması mümkün olacaq”. 

Leyla Abdullayeva dünyanın 60-a yaxın ölkəsindən vətənə qayıtmaqla bağlı müraciətin olduğunu vurğulayıb: "Təbii ki, say fərqi var, bəzi yerlərdə gəlmək istəyən bir nəfərdir, bəzilərində yüzlərlə insan gəlmək istəyir. Qonşu ölkələrdə -Türkiyədə, Rusiyada say daha çoxdur. Ukraynada çoxlu azərbaycanlı var. Amma elə ölkələr var ki, say azdır. Məsələn, Hindistanda 25 nəfərdir. Xaricdən gəlmək istəyən vətəndaşlarımızla bağlı statistika aparılır, lakin rəqəmlər gün ərzində dəyişir. Çünki əvvəl qayıtmaq istəyən insan, sonradan qayıtmaq istəmədiyini bildirir və yaxud bunun əksi olur”. 

7News.Az

RƏYLƏR