E-ticarət nəhəngi "Amazon” bir neçə ay əvvəl elan etdiyi ixtisarlara başlayıb. Şirkətin baş direktoru Endi Jassy 18 mindən çox işçinin işdən çıxarılacağını açıqlayıb.
7NEWS.az xəbər verir ki, ABŞ-da yerləşən e-ticarət şirkəti "Amazon"un baş direktoru Endi Jassy 18 mindən çox işçinin ixtisar ediləcəyini açıqlayıb. Bəzi bölmələrin ixtisarlardan təsirlənəcəyini qeyd edən Jassy, işdən çıxarılacaq insanların əksəriyyətinin "Amazon” mağazalarından və insanlar, təcrübə və texnologiya (PXT) təşkilatından olduğunu ifadə etdi.
Jassy qeyd edib ki, işdən çıxarılan işçilərə kompensasiya və müvəqqəti tibbi sığorta haqlarının ödənilməsi kimi müəyyən dəstək olacaq. Sentyabr məlumatlarına görə, Amazon-un 1,5 milyon işçisi var.
7NEWS.az