7NEWS.az xəbər verir ki, Braziliyada araşdırma aparan 57 yaşlı britaniyalı jurnalist Dom Phillips və tədqiqatçı Bruno Pereyra keçən həftə Amazonas əyalətinin Javari bölgəsində yoxa çıxıb və onlardan bir daha xəbər alınmayıb. Bölgədə başladılan axtarış-xilasetmə işlərindən sonra iki nəfərin cəsədi tapılıb, qətli törətməkdə şübhəli bilinən 3 nəfər isə saxlanılıb. Braziliya polisi bu gün cəsədləri gizlətməyə kömək edən daha 5 şübhəlinin həbs edildiyini açıqlayıb.
7NEWS.az