İcmal.Az ölkə.az-a istinadən xəbər verir ki, Şelbi ev heyvanı olaraq tarakan saxlayır. Onun 7 min tarakanı var və böcəklərin sayı hər gün artır.
Şelbi Oklahoma ştatında yaşayır. O, böcəklərini o qədər sevir ki, çox vaxt sırf onlarla bir yerdə olmaq üçün evdən çölə çıxmaq istəmir.
Şelbi 18 aylıq olduğu dövrdən tarakanlara maraq göstərib. Ailəsindən böcək istəyən qıza anası 5 hamam böcəyi verib. Amma qısa müddətə artan tarakanların sayı 7 minə çatıb.
İcmal.Az

























