Amerikanın ən uzunömürlü insanı həyatını itirib

OXUNUB: 205 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-ın Ayova ştatında "ABŞ-ın ən uzunömürlü insanı” kimi tanınan Bessie Hendricks ötən çərşənbə axşamı 115 yaşında vəfat edib. Los-Ancelesdə yerləşən Gerontologiya Tədqiqat Qrupu tərəfindən ABŞ-da yaşayan ən uzun insan kimi elan edilən Hendricks 7 noyabr 1907-ci ildə anadan olub. ABŞ mətbuatında yer alan xəbərə görə, gəncliyində müəllimlik edən Hendricks-in 2-si vəfat edən cəmi 5 övladı var. Şənbə günü Hendricks üçün ailəsi və yaxınlarının iştirak edəcəyi dəfn mərasimi keçiriləcək. 112-ci doğum günündə mətbuata açıqlama verən Hendricks uzun ömür sürməsinin sirrinin "çox çalışmaqda" olduğunu bildirib. Hendriksin qızı isə anasının demək olar ki, dərman qəbul etmədiyini və şirniyyatdan istifadə etmədiyini deyib.

7NEWS.az

RƏYLƏR