Amin Osmanov qızıl medal qazandı

OXUNUB: 621 Özəl İDMAN
7NEWS.az xəbər verir ki, may ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. İkinci yarış günündə yaşı 15-ə qədər olan oğlanlarda 61 və 67 kq, yaşı 17-yə qədər oğlanlarda isə 55, 61 və 67 kq çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gələcək.

Yaşı 17-yə qədər olan atletlərdə 55 kq çəki dərəcəsində medalçılar müəyyənləşib. Toplam 178 kq (78+100) nəticə ilə Qazax idmançısı Amin osmanov bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib. Toplam 174 kq nəticə nümayiş etdirən iki atletdən Ramil Kazımov (82+92) gümüş, Dəniz Cabbarlı (78+96) isə bürün medalçı adına layiq görülüb.
 
 
İcmal.Az

RƏYLƏR