Rusiyanın Tümen şəhərinin sakini 34 yaşlı qadın immun çatışmazlığı virusunun mövcudluğuna inanmayıb və öz xəstə qızını müalicə etməkdən boyun qaçırıb. Üç yaşlı qız ölüb və ağılsız ana mühakimə edilir. Ümumiyyətlə, HİV virusunun mövcudluğuna inanmaq istəməyənləri və müalicədən imtina edənləri HİV-dissidentlər adlandırırlar.
Maraqlı məhkəmə olayını oxucularln diqqərinə çatdırıq.
Axmaq qadın öz "VK” səhifəsində pravoslavlar qrupunun və HİV-dissidentlər qrupunun "HİV əslində yoxdur” tipli yazılarını, qeydlərini paylaşırdı. O cümlədən, Moskva patriarxlığının ailə müdafiəsi üzrə komissiyasının rəhbəri Dmitri Smirnovun videosunu da paylaşıb. Videoda HİV virusunun mövcud olmadığı vurğulanır: "QİÇS insanda əslində virusdan deyil, digər səbəblərdən olur: stress, depressiya, immunitetin peyvəndlərlə yararsız hala gətirilməsi və s.”.
Qızcığazın otura və gəzə bilməməsinin, səhhətinin çox pis olmasının günahını anası hepatit əleyhinə vurulan peyvənddə görürdü.
Qadın özü bilirdi ki, HİV xəstəsidir. Amma buna fikir verməyib, müalicədən imtina edib. Hərçənd, hamiləlik zamanı dərman qəbul etsəydi, xəstəliyin uşağa keçmə ehtimalı 1-2% olardı.
Qızcığazda HİV virusu aşkarlanan zaman, anası onu "türkəçarə” üsullarla müalicə etməyə cəhd edib.
2017-ci ilin aprelində uşaq ölüb. Həkimlər bəyan ediblər ki, əgər müalicə HİV-ə yoluxma aşkarlanandan dərhal sonra aparılsaydı, o zaman körpənin həyatını çox uzatmağa nail olunardı. İndi qızcığazın anası "ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi ilə mühakimə olunur.
Dünyada "HİV virusu yoxdur” nəzəriyyəsinə inanan minlərlə cahil insan var. O cümlədən qalmaqallı məhkəmə gedən Tümen Vilayətində 30-dan çox uşaq HİV-lə ağır vəziyyətdədir və müalicə almırlar, çünki valideynləri inanmır və müalicədən qəti şəkildə imtina edirlər.
"HİV-dissidentlərdən HİV haqqında fikirlərini dəyişməyə səbəb ailədə hər hansı bir ölüm hadisəsi olur. O zaman onlar müalicə üçün həkimə qaçırlar”, - deyə "QİÇS Mərkəz”in direktoru Yelena Orlova qeyd edir./publika
İcmal.Az

























