ANAMA itkin düşmüş alpinistləri axtarır - FOTO

OXUNUB: 573 SOSİAL

"Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızının, Hüseynov Babur Vaqif oğlunun və Bünyadzadə Namin Nizami oğlunun axtarışlarına Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi təyinatlı avadanlıqla təchiz edilmiş mütəxəssisləri də qoşulub.

İcmal.Az xəbər verir ki, bu barədə Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərargahı məlumat yayıb.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17” helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

 

İcmal.Az

RƏYLƏR