Anar Səmədov şöbə rəhbəri təyin olunub

OXUNUB: 15 Özəl SOSİAL
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) İdarə Heyətinin qərarına əsasən, Mərkəzin Fəxri üzvü, talassemiya pasiyenti Anar Səmədov "Qanvermə aksiyalarının təşkili və donorlarla iş şöbəsi”nin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bu şöbə Mərkəzin struktur bölməsi olaraq könüllü qanvermə aksiyalarının planlaşdırılması, təşkili və həyata keçirilməsi, eləcə də donorlarla sistemli və davamlı işin qurulmasını təmin edir.

Eyni zamanda donorların aksiyalarda iştirakının təşkili, onların aktivliyinin artırılması, motivasiya tədbirlərinin həyata keçirilməsi və donor məmnuniyyətinin təmin olunması da şöbənin əsas fəaliyyət istiqamətlərinə daxildir. Bununla yanaşı, qan donorluğunun təşviqi məqsədilə maarifləndirici tədbirlərin həyata keçirilməsi və görülən işlər üzrə hesabatların hazırlanması təmin edilir.
Şöbə öz fəaliyyətini Mərkəzin nizamnaməsinə, daxili qaydalarına və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirir.

RƏYLƏR