Anarın dünya çempionununu faciəvi şəkildə öldürdüyü anın ŞOK GÖRÜNTÜLƏRİ - ANBAAN VİDEO

OXUNUB: 849 HADİSƏ

Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun azərbaycanlı idmançı Anar Allahverənov tərəfindən döyülərək öldürülməsinin yeni görüntüləri yayılıb.

İcmal.Az-ın azvision.az-a istinadən verdiyi xəbərə görə, görüntülərdən məlum olur ki, davadan əvvəl Anar Allahverənov Andrey Draçovla söhbət edib. Daha sonra rusiyalı idmançı Anara hücum çəkib.

Məlumata görə, davaya Draçovun Anarı təhqir etməsi səbəb olub.

Qeyd edək ki, sentyabrın 19-u Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirli bilinən Xabarovsk vilayətinin vətəndaşı, azərbaycanlı idmançı Anar Əlyar oğlu Allahverənov Federal Təhlükəsizlik Xidmətinə könüllü təslim olub.

 

Həmyerlimizə qarşı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb. Əgər onun günahı sübuta yetirilsə, 20 il və ya ömürlük həbs cəzasına məhkum edilə bilər.

 

İcmal.Az

RƏYLƏR