Anasını bıçaqladı, 6 aylıq körpəsini isə eyvandan aşağı atdı – DƏHŞƏTSAÇAN GÖRÜNTÜLƏR

OXUNUB: 895 DÜNYA
Türkiyənin paytaxtı Ankarada psixoloji problemləri olan qadın əvvəlcə anasını bıçaqlayaraq eyvana bağlayıb, daha sonra 6 aylıq körpəsini yaşadığı mənzilin eyvanından atıb.

İcmal.Az unikal.org-a istinadən verdiyi məlumata görə, axşam saatlarında meydana gələn hadisədə psixoloji problemləri olduğu öyrənilən Ö.T adlı qadın bir anda sinir krizi keçirib və 6 aylıq körpəsini qucağına alaraq eyvana çıxıb. Ö.T-ni sakitləşdirmək üçün anası gəlib. Amma sinirlərini cilovlaya bilməyən Ö.T əlinə bıçaq götürüb və anasını belindən bıçaqlayıb eyvana bağladıqdan sonra, qucağındakı körpəsini də aşağıya atıb. Qanlar içindəki ana qonşulardan kömək istəyib. Ananın fəryadını eşidən qonşular vəziyyət haqqında aidiyyəti qurumlara məlumat veriblər.
 

Qeyd edək ki, qadın həbs olunub və hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Altı aylıq körpənin isə vəziyyəti kritikdir.


İcmal.Az

RƏYLƏR