Angela Merkeli pomidor atəşinə tutdular

OXUNUB: 761 DÜNYA

Almaniya kansleri Angela Merkel naməlum bir şəxs tərəfindən pomidor atəşinə tutulub.

İcmal.Az publika.az-a istinadən xəbər verir ki, hadisə kanslerin Hedelberq şəhərindəki seçim mitinqi zamanı baş verib.

A.Merkelin çıxışı zamanı tribunaya pomidorlar atılıb. Pomidorlardan biri Merkelin sağ ayağına, digəri isə mitinqin aparıcısına dəyib.

Bu xoşagəlməz hadisəyə rəğmən, Merkel çıxışına davam edib.

 

Polis kanslerə hücum edəni tuta bilməyib, ancaq onun tək olmadığını bildirib.

 

İcmal.Az

RƏYLƏR