Ankarada polisə silahlı hücum edilib, bir nəfər həlak olub

OXUNUB: 597 DÜNYA

Türkiyə paytaxtı Ankaranın Çölbaşı rayonunda təhlükəsizlik əməkdaşlarına silahlı hücum nəticəsində bir polis həlak olub.

Asayiş keşikçiləri paytaxtda sərnişin avtobusunu dayandırıblar və yoxlama aparıblar. 

Bu zaman bir nəfər şübhəli sərnişin avtobusdan düşürdülüb. O, gözlənilmədən polis əməkdaşlarına atəş açıb. Atəş nəticəsində bir polis əməkdaşı ağır yaralanıb. Yaralı polis xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə çoxlu sayda xüsusi təyinatlı polis cəlb olunub.

Polisə atəş açan şəxsin həbs olunması üçün əməliyyat-axtarış tədbirləri keçirilir. /report

 

İcmal.Az

RƏYLƏR