Antalyaya tətilə gedən məşhur müğənni orada tanış olduğu qadını ÖLDÜRDÜ - VİDEO - FOTO

OXUNUB: 660 DÜNYA

Livan əsilli almaniyalı məşhur müğənni Mohamed Hareke Antalyanın Alanya qəsəbəsində tanış olduğu qadını dənizdə boğaraq öldürdüyü iddiası ilə həbs olunub.

İcmal.Az Haberler-ə istinadən xəbər verir ki, sahildən təxminən dənizin 100 metrliyində hərəkətsiz halda bir qadını görən insanlar dərhal təcili yardıma xəbər veriblər. Hadisə yerinə xilasedicilər gəliblər. Xilasedicilər qadını sahilə çıxarıblar. Onun öldüyü məlum olub.

İstintaq zamanı ölən qadının Katharina Kugel olduğu müəyyənləşib. 

Kugelin Dilarə Atəş adlı bir türk qadın rəfiqəsi olduğu məlum olub. Atəşin polisə ifadəsində Katharina ilə klubda əylənməyə getdiklərini bildirib. Rəfiqəsinin onu otelə ötürdükdən sonra klubda tanış olduğu bir kişi ilə getdiyini deyib. Bundan sonra polislər istintaq zamanı cəsədi tapılan Kugelin yanında Livan əsilli almaniyalı məşhur müğənni Mohamed Harekenin olduğu və Almaniya qeydiyyat nişanlı avtomobillə Antalyaya gəldiyi müəyyənləşdirib.

 

Araşdırmanı dərinləşdirən polis Harekenin Alanyada bir evdə kirayədə qaldığını öyrənərək mənzilə basqın edib. Basqında ölkəsində məşhur hiphop sənətçisi olduğu ortaya çıxan Hareke saxlanılıb. Evdəki araşdırma zamanı xeyli miqadarda narkotik maddə də müsadirə edilərək istintaqa təhvil verilib.

İcmal.Az

Məşhur müğənni cinayət törətdi

Antalyaya tətilə gedən məşhur müğənni orada tanış olduğu qadını ÖLDÜRDÜ - VİDEO - FOTO

RƏYLƏR