“Anti-Azərbaycan qüvvələri bundan sonra da öz çirkin məqsədlərinə nail ola bilməyəcəklər...” - DEPUTAT

OXUNUB: 572 Özəl SİYASƏT


"Azərbaycanda icra başçısına qarşı planlanan terror bəlli qüvvələrin çirkin məqsədlərindən qaynaqlanan növbəti təzahüratdır və həmin anti-Azərbaycan şəbəkəsinin əsas arzusu da budur ki, ölkədə sabitlik pozulsun, qorxu mühiti yaransın, kriminal meyllər artsın.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib."

"Fəqət, yaramaz qüvvələrin arzusu bu dəfə də ürəklərində və gözlərində qaldı. Çünki ölkəmizin təhlükəsizliyinə cavabdeh olan qurum, konkret olaraq Dövlət Təhlükəsizlik Xidməti öz üzərinə düşən missiyanı ləyaqətlə, peşəkarcasına icra etdi, teraktın qarşısını vaxtında aldı.

Və məlum gedişatda, xüsusən də cinayətlə bağlı təqdim olunan videoda adama ən ağır gələn məqam bilirsinizmi nədir? - Sui-qəsdin icrasına təhkim edilən əsas fiqurun erməni lobbisi və həmin lobbinin köməyindən bəhrələnmək istəyi barədə   bəh-bəhlə danışması. Bax bu əsl dəhşətdir! Bax bu riyakarlığın, şərəfsizliyin, qansızlığın, alçaqlığın ən böyük həddidir.

Əlbət ki, bundan sonra da bütün bənzər həmlələrin, xain hücumların qarşısı alınacaq və Azərbaycanımıza ziyan, zərbə vurmaq istəyənlər öz çirkin məqsədlərinə nail ola bilməyəcəklər.

Mən bir daha DTX-nın ayıq-sayıq əməkdaşlarına öz təşəkkürümü bildirirəm.” - deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR