İcmal.Az milli.az-a istinadla xəbər verir ki, Misirin tanınmış aparıcısı efirdə evlilikdən öncə hamilə qalmağı təbliğ etdiyinə görə işindən uzaqlaşdırılıb və 3 illik həbs cəzası alıb.
"Al-Nahar" kanalının aparıcısı Doaa Salah aparıcılıq etdiyi verilişə hamilə paltarında çıxıb və əxlaqsızlığı təbliğ edib. O, ailə qurmadan uşaq dünyaya gətirməyin düzgün olduğunu söyləyib.
"Qadın ərə gedir və çoxu bir müddət sonra boşanır. O, ərindən boşandığı zaman tək qalır və təkbaşına analıq edir. Bundansa ərə getmədən hamilə qalmaq yaxşı deyil?!"
Efirdə bu sözləri işlədən aparıcı dərhal işdən qovulub. Ölkədə kəskin şəkildə qınanılan aparıcı həbs olunub.
İcmal.Az

























