Aparıcı Trampı tərifləyən qonağın müsahibəsini yarımçıq qoydu - VİDEO - FOTO

OXUNUB: 652 DÜNYA

CNN telekanalında Trampı dahi adlandıran və onu tərifləyən Stefen Müllerin müsahibəsi yarımçıq kəsilib.

Aparıcı Donald Trampın sözcüsü ilə müsahibəsini yarımçıq qoyub və "Düşünürəm ki, izləyicilərimizin yetəri qədər vaxtını boş yerə aldıq" deyib.

CNN telekanalında Jake Tapper-in aparıcılıq etdiyi siyasi verilişin qonağı Trampın sözcüsü Stephen Miller olub. O, efirdə Trampla bağlı yazılan "Fire and Fury" kitabını pisləyib, kitabı tamamilə uydurma adlandırıb və Trampı tərifləyib.

"Donald Tramp, həqiqətən, siyasi dahidir", - deyən Miller aparıcı Jake-i saxtakarlıqda günahlandırıb. Jake isə "Düşünürəm ki, izləyicilərimizin yetəri qədər vaxtını boş yerə aldıq" söyləyərək müsahibəni sonlandırıb.

Yayımdan bir neçə dəqiqə sonra prezident Donald Tramp efirdə baş verənlərlə bağlı tvit atıb. "CNN-nin saxta xəbərlər buraxılışının aparıcısı Jake müsahibəni məhv etdi", - deyə Tramp sosial şəbəkədə qeyd edib.

 

Qeyd edək ki, Trampın prezidentliyinin ilk ilindən bəhs edən "Atəş və qəzəb" kitabı amerikalı jurnalist Michael Wolff tərəfindən yazılıb. Tramp kitabın yalanlarla dolu olduğunu dilə gətirib. Wolff isə NBC kanalındakı "Today" verilişinə qatılaraq Trampı "Hazırkı mərhələdə dünyadakı ən güvənilməz insanı" adlandırıb./milli

İcmal.Az

Aparıcı Trampı tərifləyən qonağın müsahibəsini yarımçıq qoydu - VİDEO - FOTO

Aparıcı Trampı tərifləyən qonağın müsahibəsini yarımçıq qoydu

RƏYLƏR