“Apple Music” və TV+ ödənişləri ilk dəfə ARTDI

OXUNUB: 465 Texnologiya GÜNDƏM Özəl
"Apple” şirkəti ABŞ-da lisenziya xərclərinin artmasını əsas gətirərək ilk dəfə olaraq "Apple Music” və "Apple TV+” xidmətlərinin qiymətlərini artırıb.

7NEWS.az xəbər verir ki, Apple Inc. ABŞ-da artan lisenziya xərclərini əsas gətirərək ilk dəfə olaraq "Apple Music” və ”Apple TV+" xidmətlərinin qiymətlərini artırdığını açıqlayıb. Şirkət həmçinin "Apple One” paketlərini artırdıqlarını bildirdi. Şirkət "Apple Music”in aylıq qiymətini 9,99 dollardan 10,99 dollara qaldıraraq onu "Spotify Technology” və "Amazon” xidmətlərindən bahalaşdırıb. "Apple TV+” qiymətini 4,99 dollardan 6,99 dollara yüksəldən şirkət, rəqibləri "Netflix” və "Warner Bros”dan daha aşağı qiymətə xidmətlər təklif etməyə davam edəcək. Şirkət həmçinin "Apple One” paketini 2 dollar artıraraq 16,95 dollara çatdırdığını açıqlayıb.

7NEWS.az

RƏYLƏR