“Netflix” platforma hesablara şifrə paylaşımını qadağan edəcək

OXUNUB: 389 Texnologiya GÜNDƏM Özəl
7NEWS.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. Məlumata görə, 2023-cü ildən qüvvəyə minəcək qaydaya əsasən, artıq profillərə bir neçə girişin qarşısı alınacaq.
Şirkət tərəfindən atılacaq addımlar çərçivəsində, hesab paylaşan şəxslərdən məzmunu izləməyə davam etmək üçün normal üzvlük haqlarından aşağı da olsa, əlavə ödəniş alınacaq. Bunun üçün artıq "sub-hesab” və ya "əlavə üzv” seçimlərinin aktivləşdiriləcəyi bildirilir. Eyni "Netflix” hesabına daxil olan cihazların eyni evdən istifadə edilib-edilməməsinin cihazların IP ünvanı, cihaz identifikatoru və hesab fəaliyyəti kimi məlumatlardan istifadə edilərək müəyyən ediləcəyi bildirilib.


RƏYLƏR