"Apple” indi də Fransada böyük məbləğdə cərimələndi.
7NEWS.az xəbər verir ki, "Apple” bu gün fərdiləşdirilmiş reklamlara görə cərimələnən ikinci texnologiya nəhəngidir. Fransanın İnformasiya və Azadlıq üzrə Milli Komissiyası (CNIL) "Apple"ın iOS 14.6-dan istifadə edərək App Store ziyarətçilərinin razılığı olmadan onların şəxsiyyətini müəyyənləşdirən məlumatları avtomatik toplamaqla şirkətə reklamları hədəfə almağa kömək etdiyinə dair iddialara görə 8 milyon avro cərimələyib. Rəsmilərin fikrincə, firma məlumatların qorunması qanununun pozulmasından qazanc əldə edirdi.
7NEWS.az