Aqil Babayevin '12-ci imam' kimi həbs olunması sahibkara qurulan tələ imiş - VİDEOFAKT

OXUNUB: 665 Özəl GÜNDƏM HADİSƏ

İyunun əvvəlində hüquq-mühafizə orqanlarına müraciət edərək Bakıda soyğunçuluğa məruz qaldığını, evindən 9 milyon manat pul, küllü miqdaqda qızıl-zinnət əşyaları aparıldığını deyən sahibkar Aqil Babayevin özü həbs edilib.

 Aqil Babayev avqustun 4-də həbs edilsə də, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi avqustun 24-də onun həbsi ilə bağlı birgə məlumat yayıblar. Həmin məlumatda deyilir ki, Aqil Babayev özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib, onlarla insanı aldadıb. Onun haqqında Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib. 

Aqil Babayevin yaxınları bu məsələyə etirazlarını bildirirlər. Onlar Meydan TV-yə açıqlamasında bildiriblər ki, bu, Aqilin dostları tərəfindən qurulmuş tələdir. Onlar imam iddiasının saxta olduğunu deyirlər. Sahibkarın yaxınları etirazlarını bildirmək üçün müraciət etdikləri qurumların heç birinin işə baxmadığını deyirlər.

RƏYLƏR