Aqil Ələsgər: Bakıda parking xaosuna son qoyulmalıdır

OXUNUB: 941 HADİSƏ SOSİAL
"Bakıda parking xaosuna son qoyulmalıdır. Əvvəl qaranlıq şəxslərin əlində cəmlənirdi bu biznes. İndi qalstuklu, jiletli #Azparking əməkdaşları o şəxslərin ölənlərinə rəhmət oxudurlar. Sanki robotdular”.

Bunu tanınmış jurnalist Aqil Ələsgər deyib.

"Necə qurulublarsa, hamısının cavabı da, reaksiyası da standartdır. İnsanlar iş yerlərinin və ya evlərinin yaxınlığında avtomobil saxlamaq üçün niyə pul ödəməlidilər? Tamam, ödəsinlər, ancaq səhərdən axşama qədər maşın ofisin önündə qalırsa, bədbəxtlərin maaşı ancaq #Azparkingə getməlidir?! Maraqlıdır ki, Azparking əməkdaşları ödəniş etməyənlərin şəkillərini özləri çəksə də, cərimənin AYNA tərəfindən edildiyini bildirirlər. Yəni, əl əli yuyur, əl də üzü, zərərli çıxan isə vətəndaşdır. Hesab edirəm ki, Azparking ilə AYNA-nın ötür-ötür oyunu dövlətimizə qarşı sabotajdır. Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasətinə kölgə salmaq istəyənlərin işinə yarayır… Qeyd edim ki, mən ictimai nəqliyyatdan istifadə edirəm və kənardan müşahidə etdiyim problemi yazdım”, – o bildirib.

RƏYLƏR