Aqil Ələsgər Qırğız Respublikasının öndə gələn media qurumlarında görüşlər keçirdi - FOTO

OXUNUB: 709 SOSİAL
Azərbaycan Mətbuat Şurası ilə Türk İnternet Media Birliyi İdarə heyətlərinin üzvü, "Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində işgüzar səfərdə olub.

Səfər çərçivəsində Qırğız Respublikasının aparıcı media qurumları ilə görüşlər keçirən Aqil Ələsgər təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparıb.

Aqil Ələsgər Qırğız Respublikasının dövlət televiziyaları – ELTR TV-nin baş direktoru Erlan Dordurbekov, UKTR telekanalının Xəbərlər departamentinin müdiri Çolpon Şaikova, "Manas” TV-nin direktoru Bülənt Namal, "Manas Radio”nun direktoru Ərdoğan Altun, uzun illər Qırğız Dövlət Xəbər Agentliyinə rəhbərlik etmiş, hazırda "CentralAsianLight” saytının baş redaktoru olan Kuban Abdıman və qardaş ölkənin məşhur telejurnalisti, eyni zamanda, buradakı "Azərbaycanın Dostları” Klubunun prezidenti Assol Moldokmatova ilə görüşüb.

Görüşlərdə Azərbaycan, Qırğız Respublikası və Türkiyə arasında qarşılıqlı və üçtərəfli media münasibətlərinin perspektivləri müzakirə olunub.

Aqil Ələsgər Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı informasiya savaşında yanımızda olan "Manas” TV və eyniadlı radionun rəhbərliyinə "Xarı bülbül” nişanı hədiyyə edib.
 
 

 
 
 

RƏYLƏR