Arağa görə həyat yoldaşını, uşaqlarını hətta qoca anasını belə döyür -VİDEO

OXUNUB: 899 SOSİAL

13 yaşlı Eldəniz deyir ki, spirtli içki aludəçisi olan 41 yaşlı atası ailəsi üçün problemə çevrilib. İçkisiz qala bilməyən Cavad Zeynalov ailəsindəki hər kəsi, hətta qoca anasını belə döyür. Evdə əlinə keçən hər şeyi sındırır. Eldəniz deyir ki, atası hətta gecə saat 4-də yuxudan qaldıraraq onu zorla içki almağa göndərir.

İcmal.Az xezerxeber.az-a istinadən bildirir ki, arağa görə həyat yoldaşını, uşaqlarını hətta qoca anasını belə döyür.
Qəbələ rayonu Tikanlı kəndində yaşayan Zeynalovlar ailəsinin üzvləri necə deyərlər canlarından beziblər. Çünki, spirtli içki aludəçisi olan ailə başçısı, 41 yaşlı Cavad Zeynalov ailə üçün problemə çevrilib. Onun içkisi olmayanda evdə yaşayanların kabusuna çevrilir. Gecə saatlarında evə gələndə hər kəsi döyür, söyür.
Ailədə ən çox əziyyət çəkən isə 13 yaşlı Eldəniz Xəzər Xəbərə müraciət edərək onların problemini ictimailəşdirməyimizi xahiş edib. Yeniyetmə deyir ki, atası onu gecə saat 4-də də olsa yuxudan oyadır, mağazaya araq dalınca göndərir.
Onun həyat yoldaşı və anası çıxılmaz vəziyyətdə qalıblar. Çünki artıq qonşuları da Cavad Zeynalovdan narazılıq edir.
Kişinin özü çəkilş aparılan müddətdə evdə olmayıb. Hüquq mühafizə orqanları yəqin ki, bu süjetdən sonra Zeynalovlar ailəsinin problemi ilə maraqlanacaqlar.

İcmal.Az

 


Videonu izləmək üçün şəklə klikləyin:
Aludəçi ata ailənin kabusuna çevrilib

RƏYLƏR