Aralıq dənizində qayıq batıb, 48 miqrant ölüb

OXUNUB: 518 DÜNYA

Aralıq dənizinin Tunisin şimal-şərqində yerləşən Sfaks əyaləti sahillərində qayığın batması nəticəsində 48 miqrant boğularaq ölüb.

Bu barədə bazar ertəsinə keçən gecə"Reuters" məlumat yayıb.

Bildirilir ki, 67 nəfərin həyatını xilas etmək mümkün olub. Onların 60 nəfəri tunislidir./report

 

İcmal.Az

RƏYLƏR