Araşdırma: 2100-cü ilə qədər buzlaqların yarısı yox olacaq

OXUNUB: 247 Özəl DÜNYA
İqlim dəyişikliyi səbəbindən 2100-cü ilə qədər dünyadakı buzlaqların yarısının, xüsusən də kiçik buzlaqların yox olacağı qeydə alınıb. 

7NEWS.az xəbər verir ki, "Science” jurnalında dərc olunan araşdırma 215 min buzlaqın gələcəyi ilə bağlı proqnozlaşdırıcı nəticələri paylaşıb. Təmiz suya ehtiyacın əsas mənbəyi olan buzlaqların temperatur artımının davam edəcəyi təqdirdə böyük ölçüdə yox olacağı müəyyən edilib. 

Tədqiqata rəhbərlik edən ABŞ-ın Karneqi Mellon Universitetindən buzlaq üzrə alim David Rounce bildirib ki, son illərdə buzlaqlardakı dəyişikliyi araşdırmaq üçün daha çox peyk görüntülərindən istifadə edilib və hər bir buzlaqın gələcəyi ayrıca qiymətləndirilir. 

Rounce bildirib ki, qlobal temperatur artımı davam edərsə, 2100-cü ilə qədər quru buz kütləsinin 32 faizi və buzlaqların 68 faizi yox olacaq. 

7NEWS.az

RƏYLƏR