“Araz” supermarketlər şəbəkəsi vaxtı keçmiş məhsullar satır: EHTİYATLI OLUN

OXUNUB: 230 SOSİAL
7NEWS.az xəbər verir ki, əslində kifayət qədər ciddi ticarət şəbəkəsi olan "Araz” supermarketlər şəbəkəsinin satdığı məhsulları bizlər də bir alıcı kimi dünənə qədər etimadla istehlak etmişik. Dünən  Redaksiya olaraq öz gözlərimizlə gördüyümüz faktlar bizi bu market barədə ehtiyatlı davranmağa vadar etməkdədir.

Hansını deyək? Vaxtı 2 həftə əvvəl keçmiş kolbasaların cütləşdirilərək "endirim" adı altında xırıd edilməsindənmi danışaq, yoxsa vaxtının keçmsinə bir gün qalmış sarımsaqlı yağda konservləşdirilmiş hamsinin qiymətinin 8.99 manatdan 1 manata qədər endirilməsindənmi söz edək?..

Bəlkə dünənə qədər ən azı 3 manata satışda olan "Qlavprodukt" kimi ciddi markanın məhsulu olan paştetlərin məhz vaxtının keçməsi səbbəbindən 99 qəpiyə müştəriyə təklif olunmasından danışaq...

Nə isə... Bütün bunlara bizlər dünən "Araz” supermarketlər şəbəkəsinin "Space" kanalının redaksiyası ilə üz-üzə olan filialında rast gəldik. Elə digər filiallarda da vəziyyət eynidir./dia
 
 




 

RƏYLƏR