“Archer Aviation” 2025-ci ilə qədər 250 hava taksisi istehsal etməyi planlaşdırır

OXUNUB: 376 Özəl DÜNYA
Amerikalı elektrik təyyarə istehsalçısı "Archer Aviation” 2025-ci ilə qədər təxminən 250 elektrikli hava taksisi istehsal etməyi planlaşdırdığını açıqladı.

7NEWS.az xəbər verir ki, 2024-cü ilin sonuna kimi uçan taksiləri üçün uçuş sertifikatı almağı hədəflədiklərini ifadə edən şirkətin top meneceri Adam Qoldşteyn, ikinci ildə istehsal sayını 500-ə, üçüncü ildə isə 650-yə çatdırmağı hədəflədiklərini ifadə etdi. Lakin mütəxəssislər uçuş sertifikatı problemini həll etmədən bu məqsədlərə çatmağın çox çətin olduğunu bildirirlər. Bundan əlavə, hələ də bu yeni hava nəqliyyatı vasitəsi üçün qaydaların hazırlanması prosesində olan ABŞ Federal Aviasiya İdarəsi (FAA) bu nəqliyyat vasitələrini kiçik təyyarələr deyil, güc qaldıran təyyarələr kimi müəyyən edərək, sertifikatlaşdırma gecikmələri ilə bağlı narahatlıqları artırıb.

7NEWS.az

RƏYLƏR